Mikroavtobus `PAZ`a girdi - Yaralılar var


15:44     28 Oktyabr 2016 lenkeran%20qeza.jpg

Lənkəranda avtobus qəzası baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 27-də saat 20.00 radələrində Lənkəran şəhərində rayon sakini Cabir Baxşıyevin idarə etdiyi "PAZ" markalı avtobus və Astara rayon sakini Elşən Novruzovun idarə etdiyi "Mercedes" markalı mikroavtobuslar toqquşub. Nəticədə E.Novruzovun xəsarət alan 6 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib, onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1735